Şou-biznes

Puqaçovanın Putin əleyhdarları ilə FOTOsu müzakirələrə səbəb oldu

17 May 2022 16:36
0 Şərh     Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl Rusiyanı tərk edən Xalq artisti Alla Puqaçova rusiyanın Xalq artisti Andrey Makareviç və musiqiçi Boris Qrebenşikovla görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onların bir arada olduğu görüntü yayılıb. bu foto isı müzakirələrə səbəb olub. Şəkli Makareviç feysbuk səhifəsində paylaşıb.

"Nadir görüşdür, elə deyilmi? Bu, SlovoNovo-dur!" deyə, şəkl yazılıb.  Makareviç şəklin harada çəkildiyini bildirməyib.  

Qeyd edək ki, "SlovoNovo" bu ilin 16-20 may tarixlərində İsraildə keçirilən Rusiya mədəniyyət forumudur.

Fotonun marağa səbəb olmasına isə orada yer alan sənətçilərin Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxmasıdır. Puqaçova açıq şəkildə anti-Putin mövqeyini bildirməsə də, onun həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin bu barədə dəfələrlə paylaşım edib. Cütlük müharibənin ilk günlərində İsrailə köçüb. Qrebenşikov və Makareviç də Rusiyanın Ukraynaya qarşı aqressiyasını sərt şəkildə qınayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.