Şou-biznes

“Şəhid ailəsinə baş çəkirik, deyirlər ki, bunlar mərsiyəxandır...”

13 May 2022 20:42
Baxış: 1 570

Əməkdar artist Elnarə Abdullayeva və müğənni Manaf Ağayev Qusar rayonunda şəhid kəşfiyyatçımız Murad Kəlbiyevin ailəsində qonaq olublar.

Milli.Az xəbər verir ki, Elnarə Abdullayeva moderator.az-a açıqlamasında bildirib ki, şəhid anası onları görmək istədiyi üçün Manaf Ağayevin təşəbbüsüylə Qusara yola düşüblər:

"Şəhid Muradgilin ata evində bir neçə şəhid ailəsiylə görüşdük. Mənə də Manaf Ağayev zəng vurub dedi ki, belə bir şəhid ailəsi var onlara getmək lazımdır. Gün təyin edib və mayın 11-də yola düşdük. İndi şəhid analarının istəyinə və arzusuna görə biz də ora getdik. Bəzən deyirlər ki, ora getdiniz, amma bizə gəlmədiniz. Hamıya da əl çatmır axı.

Biz gedirik, şəhid anasıdır bu onun arzusu olur. Amma kənardan görürsən ki, deyirlər ağlaşma qururlar. Biz ağlaşma deyilik. Şəhid anasının yanında mikrofon götürüb çalıb-oynamalı deyilik ki. Anayla dərdini bölməkdən ötrü neyləməliyik. Biz də insanıq, bu, candan, qandan gəlir. Biz elə yerə gedib-gələndən sonra özümə gələ bilmirəm. Amma qıraqdan da baxan deyir ki, getdilər mərsiyə oxudular gəldilər. Bu şəhid anasının arzusudur və biz də onların evinə etdik. Dövlətimizə, millətimizə, şəhidimizə, qazimizə canımız fəda olsun. Biz də insanıq, bundan ötrü yaşayırıq. İnsan gərək dövlətinə, millətinə xidmət etsin. Bunu da başqa cür yazanda adamın qəlbinə dəyir. Qəlbimizə dəysə də, 4-5 nəfər dəliyə görə nəyisə qurban verə bilmərik axı. Çox təəssüf ki, elə yerə gedirsən və sonda da adın mərsiyəxan qalır. 

Bunu yazanlara da deyilməlidir ki, bu belə deyil. Niyə görə adımı belə çıxarırsan ki, bunlar toylara lazım deyil, çünki ancaq yas mərasimlərinə gedirlər. Belə şeylər var. Deyir ki, "el üçün ağlayan gözsüz qalar" bu ata-babadan belədir. Ağlayırsan dədən ölür, ağlamırsan anan ölür, belə şeylər var. Yazanda da bunu elə yazın ki, qoy bunu deyənlər utansınlar. Kənardan eşidirik ki, arxamızca bu sözləri deyirlər. Mən bu ananın dərdinə yanıram, axı haqqımda necə başqa cür düşünə bilirsən. Qoy bütün camaatımız da, xalqımız da bilsin ki, biz ağlayanın da, gülənin də yanında ola bilirik. Oğul odur ki, ağlayanın yanında olsun. Gülənin yanında hər zaman olmağa nə var ki, onsuz da gülənin yanındayıq. Hər oğul da ağlayanın da yanında olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics