Şou-biznes

"Konsertdən əldə olunan pula iki it aldıq" - FOTO

11 May 2022 19:30
1 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amerikada keçirilən konsertdən əldə olunan vəsaitə iki it alınıb".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Nəzakət Teymurova deyib. Onun sözlərinə görə, həmin itlər işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesinə cəlb olunacaq:

"Konsertdən yığılan vəsaiti xərclədik, iki it aldıq. Biz də xoşbəxt sənətkarıq ki, bu işlərdə az da olsa, xidmətimiz oldu. Konsertdə çoxlu sənətçilər çıxış elədi. Onların arasında Brilyant Dadaşova, Abbas Bağırov, Ənvər Sadıqov, Kamera Orkestri, "Xarı Bülbül" Muğam qrupu, Kamran Kərimov və başqaları vardı". 

Nəzakət Teymurova belə konsertlərdə iştirak etməkdən qürur duyduğunu deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.