Şou-biznes

“Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım” - Nazilə Səfərli

11 May 2022 13:12
7 Şərh     Baxış: 3 320

Milli.Az tanınmış şairə, teleaparıcı Nazilə Səfərlinin yenisabah.az-a müsahibəsini təqdim edir:

- Nazilə xanım, ötən gün oğlunuzun toy məclisi keçirildi. Necə keçdi, ürəyinizcə oldumu?

- Mən ciddi bir ssenari ilə toy etdim. Sadəcə, toy eləmədim, həm də mədəniyyət sərgilədim. Keçmişlə gələcəyi birləşdirdim. Gücüm yetən qədər tarixə töhfə verdim. Əlimdən nə gəldisə, etməyə çalışdım. Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü. Ona görə də mənə elə gəlir ki, hər kəs razı qaldı. Bunu iştirak edən qonaqların gözlərindəki heyrətdən bilirdim. Adətən, toya qatılan rəsmilər, iş adamları 9-dan sonra məclisi yavaş-yavaş tərk edirlər, amma mən yüksək vəzifəli məmurları, rəsmiləri gecə 1-in yarısı yola saldım. Burdan başa düşdüm ki, hamı istirahət edir.

- Bir müddət əvvəl oğluna toy edən Nadir Qafarzadə bəzi qonaqlardan gileyləndi. Sizdə necə, narazı qaldığınız qonaqlar oldumu? 

- Qonaqlarla bağlı kiçik məsələlər tək Nadirin, ya da mənim başıma gələn bir şey deyil. Dəvət olunan qonaqlardan məni ən çox incidən və narahat edən bir şey oldu: yığıb soruşurdular ki, "Mənim stolumda kim var?" Elə oldu ki, cədvəli təkrarladım, pozdum təzədən yazdım ki, təki qonaqlarım razı qalsınlar. Amma mən özüm heç kimin toyunda elə hərəkət etməmişəm, çünki mən ora hamı kimi dəvətli qonağam, harda oturmuşamsa, özümü o stolun şahzadəsi kimi hiss etməliyəm. Heç maraqlı olmayıb ki, yanımda kim oturub, dost-düşmən fərq eləmir. Tanımadığım, hətta danışmadığım bir insanla belə eyni masaya salıblar, amma bunu kapriz etməmişəm. Lakin toyumda kapriz edənlər həddən artıq çox olmuşdu.

- Bəs dəvət olunanlardan gəlməyənlər oldu?

- Bəli, toya gəlməyənlər də oldu. Amma mənə lazım olan hamı ətrafımda idi. Mənə özəl toyumuza gəlib iştirak edənlər də vardı.

- Kimlər gəlmişdi?

- Elton Hüseynəliyev ansamblı ilə gəlib iştirak etdi. Ona çox minnətdaram. Toyun axırına kimi yüksək səviyyədə iştirak etdilər. Mənə özəl təşrif buyuran Nuri Sərinləndirici, Azəri qızı Günel idi. Uzaqdan gəlirdilər, lakin vaxtında və yerində oldular.

- Məclisdə xeyli sənətçi iştirak edirdi. Hər kəs oxuya bildi?

- Oxumağına vaxt çatdıra bilmədiyim insanlara görə çox üzüldüm. Çox istəyərdim ki, Könül Kərimovanın, Gülay Zeynallının, İbrahim Borçalının səsini eşidim. Aşıq Zülfiyyəni eşitmək istəyərdim, düzdür. Nişanda oxumuşdu, amma toyda da onu eşitmək istəyərdim. Orada çox dəyərli sənətçilər var idi. Çatdıra bilmədik, bir də baxdım ki, saat artıq 11-dir. Vaxt çata bilərdi, sadəcə, sənətçilərə deyirsən ki, bir mahnı oxu, səhnə onları o qədər alıb götürür ki, hərəsi 3-4 mahnı oxuyurdu çatdırmaq olmurdu.

- Oxuya bilməyənlərlə aranızda inciklik olmadı ki?

- Yəqin ki, inciməzlər, toydur da. Mən heç kəsin toyunda "mikrofon davası" döyməmişəm. Heç onlar da döymədilər, adamın başınln üstündə Allah var. Nura Suri, Roza Zərgərli toyda çox gözəl iştirak etdilər. Roza gecə boyunca iştirak etdi, çox gözəl rəqs etdi. Hamı ürəkdən iştirak edirdi, düşünürəm ki. Gecəmiz çox gözəl alındı. Hamı razılıq edirdi. Televiziyalar da iştirak edirdi, hər nə qədər əngəl olmağa çalışsaq da, bacarmadıq. Toyda özəlliklər çox idi. Məsələn, ortada çəkiliş qrupu yox idi. Bəlkə də birinci toy idi ki, 16 kamera iştirak edirdi. Bunu özümüz təşkil etmişdik. Oğlum özü çəkiliş heyətindədir, özünün çəkiliş qrupu var. Toyda 16 kamera işləyirdi, lakin heç biri ortada gəzmirdi, səliqəli iş qurmuşduq.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Ebru · 11 May 13:5090

    Hansı yüksək vəzifəliləridi ki,onlar barı adların çəkeydin bilərdiki,goplamırsan a,düşük Nazik:))Orda ancaq görünən manıs tayfasıydı..

    Cavab yaz
    • Anonim
      @ · 11 May 18:1500

      Ebru, Elvinin səhifəsində cavab yazdım sənə.

      Cavab yaz
      • Anonim
        Ebru · 11 May 22:1500

        Mən də,oxudum:)Çox sağ ol gözəl qız(****).

        Cavab yaz
  • Anonim
    @ · 11 May 18:1000

    Ay Nazik, nə ehtiyac vardı dərinliyinə varmaq?

    Cavab yaz
  • Anonim
    @ · 11 May 18:3510

    Əvvəllər Nazilənin şeir deməyindən xoşum gəlirdi. Həmişə qulaq asırdım. Sonradan şit hərəkətləriylə özünü gözdən saldı.

    Cavab yaz
  • Anonim
    HEKİM ELDOSTU · 12 May 00:1150

    Özüne hörmet eden memur gece saat 1-in yarısına kimi toyda oturmur!!!!!!!!!

    Cavab yaz
  • Anonim
    Əməkdar artist · 12 May 08:2410

    Yəqin o məmur sən işləyən xəstəxananın "zavxozu" imiş

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics