Şou-biznes

Kann festivalından rusiyalı jurnalistlərlə bağlı qadağa

9 May 2022 15:30
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Kann Film Festivalı bir sıra rusiyalı jurnalistlərə akkreditasiyadan imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bundan əvvəl festivala qatılan jurnalistlər bunla bağlı şikayət ediblər. Bildirilib ki, ilk dəfədir bu cür halla qarşılaşırlar. Buna səbəb isə Rusiyanın Ukraynaya hərbi hücumudur.

Festivalın mətbuat xidmətinin rəhbəri Aqnes Leroy onlara izah edib ki, Kannda "Rusiya ilə Ukrayna arasında münasibətlərin yaxşılaşacağını gözləyirdilər", lakin bu hələ baş verməyib. Festivalın başlamasına isə iki həftədən çox vaxt qalıb. Buna görə də bütün rusiyalı jurnalistlərdən imtina etmək qərara alınıb.

Əlavə edilib ki, festivala qatılacaq jurnalistlər Ukraynaya olan hücumla bağlı mövqeyə əsasən təsdiqlənib. "Cinemaholics"in qurucusu Ekaterina Karslidi də öz tvitində Kann festivalının təşkilatçılarının onun məktublarına məhəl qoymadıqlarını yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.