Şou-biznes

Ayan Fatimənin iddialarına cavab verdi

5 May 2022 05:44
1 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva müğənni Ayan Babakişiyevanın onun ad günündən küsüb getdiyini deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ayan bunun gerçək olmadığını deyib. O bildirib ki, məclisdə heç nədən inciməyib:

"Heç nə olmayıb, bezdim adımın çəkilməsindən. Elə bir hal olmayıb. Mənə lazım deyil bu mövzulardan danışmaq".

Qeyd edək ki, Fatimə Ayanla bağlı "İştirak etdi, mahnı da oxudu. Eşitdim inciyib. Soruşmadım, çünki özüm incidim. Yaşda ondan böyüyəm, yaxınlaşdım ki, narahat olma, mənə birtəhər baxdı. Orada inciməli heç nə yox idi: ən bahalı menyu, dekor, hər şey yüksək səviyyədə idi" sözlərini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.