Amerikalı aktyor Endrü Qarfild aktyorluq karyerasına fasilə verməyi planlaşdırır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Variety" jurnalına müsahibəsində deyib. O, "Cənnət bayrağı altında" serialına çəkildikdən sonra fasilə vermək qərarına gəlib:
"Bir az dincələcəyəm. Sadəcə bir müddət kim olduğumu, nə istədiyimi düşünmək və bəzi şeyləri gözdən keçirtmək üçün adi insan olmağa ehtiyacım var".
Milli.Az