Karyerası ilə bağlı gözlənilməz qərar

28 Aprel 2022 20:48

Amerikalı aktyor Endrü Qarfild aktyorluq karyerasına fasilə verməyi planlaşdırır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Variety" jurnalına müsahibəsində deyib. O,  "Cənnət bayrağı altında" serialına çəkildikdən sonra fasilə vermək qərarına gəlib:

"Bir az dincələcəyəm. Sadəcə bir müddət kim olduğumu, nə istədiyimi düşünmək və bəzi şeyləri gözdən keçirtmək üçün adi insan olmağa ehtiyacım var".

Milli.Az