Şou-biznes

Azərbaycan xalq artistinin xanımı sanksiyalardan sonra ilk dəfə səhnədə - FOTO

25 Aprel 2022 18:18
1 Şərh     Baxış: 8 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəni ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebkonın yaradıcılığında yaranan müvəqqəti fasilə başa çatıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı ötən həftəsonu yenidən Avropada səhnəyə çıxıb. O, Monte Karlo Operasının səhnəsində debüt edib. Bu münasibətlə onu həyat yoldaşı Xalq artisti Yusif Eyvazov instaqram hesabında təbrik edib.

"Bu dünyada sənin inanılmaz sənətindən güclü heç nə və heç kim yoxdur! Möhtəşəm premyera münasibəti ilə sizi təbrik edirəm" deyə, Y.Eyvazov yazıb.

Xatırladaq ki, cütlük 2014-cü ildə məhz bu operanın məşqləri zamanı tanış olub.

Qeyd edək ki, Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu. O, fikrini bildirdikdən sonra isə "Novosibirsk Opera Teatrı" onunla əməkdaşlığı dayandırmışdı. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. Bir müddət əvvəl Bakıda, daha sonra isə Dubayda olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.