Şou-biznes

Novruz Məmmədovla nəvəsinin rəqsini bu məşhur xanım müğənni yayıbmış - VİDEO

24 Aprel 2022 14:45
4 Şərh     Baxış: 6 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib. Daha sonra Novruz Məmmədov manset.az-a açıqlama verərək onun görüntülərini çəkən şəxsin kim olduğunu bilmədiyini qeyd etmiş və onun haqda sərt ifadələr bildirmişdi.

Milli.Az bildirir ki,  Novruz Məmmədovun nəvəsi ilə rəqs videosunu və başqa özəl görüntüləri həmin kiçik toy məclisində iştirak edən Əməkdar artist Elza Seyidcahan çəkib. O, açıqlamasında  bunu təsdiq edib.

"O ailə çox gözəl ailədir. Hamı kimi mən də Novruz müəllimi çəkmişəm, paylaşmışam. Mənimlə bərabər başqaları da çəkib, bilmirəm, indi onlar paylaşıblar?Burda nə var ki, məclidir da iştirak etmişik, əylənmişik, paylaşmışıq. Mən gördüm ki, başqaları da çəkir, mən də çəkdim paylaşdım."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.