Şou-biznes

"İndi bir can sınağın var" - Flora Kərimovadan Tünzaləyə

23 Aprel 2022 14:54
4 Şərh     Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tünzalə qızım, xoşbəxt qadın xoşbəxt ana olandır. Xoşbəxt insan, ətrafındakı insanların ona olan rəğbətinə şahidlik edəndir. Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır. Ömrün bu bəxşişlərini çoxdan almısınız".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Əməkdar artist Tünzalə Əliyevanın ünvanına bildirib. Müğənni xərçəngdən əziyyət çəkən və hazırda səhhəti pisləşən aktrisaya səslənib:

"Həyatın dəyəri, insanın mənliyidir. Güclü olmaq dözüm deyil, əzm deyil... Güclü qadın, özünün bir parçasına - "Anam hər zaman haqlıdır. Anam doğrusunu bilir.  Anam ən gözəl insandır" kəlimələrini əməlləri ilə örnək olub dedizdirə biləndir. Bunu da siz bacarmısınız. İndi bir can sınağınız var. Bunun da öhdəsindən gələcəksiniz. Keçəcək... Əminəm... Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan əminəm. Tanrının böyüklüyündən əminəm. Yaxın günlərdə "həyata gözəl dərs verdin, qızım" deyib, saçlarınızdan öpəcəyimdən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.