Şou-biznes

İradə İbrahimovanın Türkiyədəki dəbdəbəli evi - FOTO

22 Aprel 2022 11:12
10 Şərh     Baxış: 3 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədən aktiv istifadə edən müğənni İradə İbrahimova bu dəfə də ənənəsinə sadiq qalıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, sonuncu dəfə evliliyinin 13 illiyi münasibətilə paylaşım edən sənətçi instaqram hesabında Türkiyədəki malikanəsinin görüntülərini paylaşıb.

İbrahimovanın iki mərtəbəli, hündür evi genişliyi və dəbdəbəsi ilə diqqət çəkib. İradə villasının həyətində öz zövqünə uyğun bahalı dekorativ bitkilər və güllər əkdirib.

İfaçının evinin görüntülərini yayımladığı videoda oğlu Ali də yer alıb. Geniş həyəti olan malikanənin videosu sənətçinin izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailəlidir. İfaçının İpek adlı qızı, Ali adlı bir oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.