Şou-biznes

"Bu evliliyə nifrət edirdik" - Boşandıqlarını təsdiqlədi

10 Aprel 2022 18:22
0 Şərh     Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyanın tanınmış repçisi Alişer Morqenştern ötən ilin avqustunda evləndiyi Dilaradan boşanır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, repçinin həyat yoldaşı sosial şəbəkədə ayrılmalarının səbəbini açıqlayıb. O, evlilikdən sonra yola getmədiklərini bildirib:

"Biz qərar verdik ki, bu hekayəni bitirmək vaxtıdır. Alişeri pisləmək və ya yaxşı həyat yoldaşı olmadığını demək istəmirəm. Sadəcə xarakterlərimiz uyğunlaşmadı. Aramızdakı problemlər toydan sonra başladı. Dubaya köçməyimiz isə münasibətimizi daha da pisə doğru apardı. Xırda məsələlər üzrə anlaşılmaz mübahisələr vəziyyəti qızışdırırdı. Biz bu evliliyə nifrət edirdik. Çünki o bizim içimizdəki eşqi söndürmüşdü. Bəlkə də evliliyimizi xilas edə bilərdik, amma dözmədik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.