Şou-biznes

Zaur Baxşəliyev anasının evini nümayiş etdirdi - VİDEO

8 Aprel 2022 18:00
2 Şərh     Baxış: 4 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, o, instaqram hesabında anası Dilavər xanımın evini nümayiş etdirib. Canlı yayım açan Baxşəliyev iki mərtəbə mənzili qarış-qarış gəzərək çəkiliş edib.

Ev daha çox sadə görüntüsü ilə diqqət çəkib. Mənzildə bir çox qədimi əşyalar yer alıb. Baxşəliyev atasının evi böyük və geniş tikdirdiyini və hər bir otaqda ona aid bir xatirə olduğundan anasının mənzilin dizaynını dəyişdirmədiyini deyib.

Çəkiliş zamanı Zaur ilk maaşı ilə anasına aldığı mətbəx mebelini də göstərib. 

Aparıcının anasının evi ilə bağlı etdiyi paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Qısa müddət ərzində videoya minlərlə bəyənmə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.