Şou-biznes

“Sevimli şou”nun Mikayılı efirə qayıdır

7 Aprel 2022 20:06
3 Şərh     Baxış: 1 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mikayıl Güləddinoğlunun MTV-də aparacağı proqramın adı bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bir neçə ay öncə Dünya TV ilə yollarını ayıran aparıcı "Axşamdan axşama" adlı proqramla izləyicilərin qarşısına çıxacaq.

Onun Mətanət Əliverdiyevanın yerinə kanala gəldiyi iddia olunur. Belə ki, M.Əliverdiya da həftəiçi hər axşam şou formatında veriliş aparırdı.

Qeyd edək ki, Güləddinoğlu uzun illər Space TV-də fəaliyyət göstərib. Yeni rəhbərlik gələndən sonra isə kanalda onun verilişinin yayımı dayandırılıb.

Aparıcının uzun illərdir təqdim etdiyi "Sevimli şou" və "Sevimli mahnı" verilişləri tez-tez tənqidlərə məruz qalmış, o, bayağılığın təbliğində ittiham edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.