Xalq artisti azərbaycanlı milyarderin həyat yoldaşı ilə birgə sosial şəbəkə açır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Xalq artisti Valeriya "Musigram" adlı sosial şəbəkə açır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Vedomosti" nəşri müğənninin prodüseri və həyat yoldaşı İosif Priqojinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquqi şəxs - "Müzikqram" MMC martın 31-də qeydiyyatdan keçib.
Valeriyanın biznes tərəfdaşları azərbaycanlı milyarder Fərhad Əhmədovun həyat yoldaşı Anna Əhmədova və Yevgeniya Terentyevadır. Şəbəkənin iki-üç ay ərzində istifadəyə verilməsi planlaşdırılır. Layihə ilə bağlı hələlik bütün detallar açıqlanmayıb. Yalnız sözügedən platformanın Rusiya şou-biznesinin nümayəndələri və yaradıcı insanları üçün nəzərdə tutulduğu məlumdur.
Lakin bu təşəbbüs teleqram kanalları tərəfindən ironik şəkildə şərh edilib.
"Unudulmuş müğənni Valeriya qəfildən musiqili sosial şəbəkə açmaq qərarına gəlib. Orada kimin və nəyin çıxış edəcəyini təsəvvür etməkdən qorxuruq" - deyə, "Antiglyance" kanalı yazıb.
"Valeriyanın mahnılarından daha mənasız bir şey varsa, deməli bu, mütləq onun yaratdığı sosial şəbəkədir" - deyə, "Бабская курилка" bildirib.
Xatırladaq ki, Valeriya və Priqojin platformada birləşməyi planlaşdırdıqları şou-biznes nümayəndələrindən müğənni Zemfira ilə "Göy, dəniz, buludlar" mahnısına görə dava ediblər. Onlar musiqinin sözlərini "yaradıcı təkəbbür" və "tamaşaçıya hörmətsizlik" adlandımışdılar.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat fonunda rusiyalı istifadəçilərin sosial media hesabları bloklanıb. Bu səbəbdən həmin platformaları əvəz edəcək yeni hesablar yaratmağa cəhd göstərilir. Lakin, hələlik uğurlu hər hansı layihə istifadəyə verilməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
XƏBƏR LENTİ
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)





