Şou-biznes

Azərbaycanlı reperlərdən 4 mahnıya 1 klip - VİDEO

6 Aprel 2022 15:06
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Synaps Records" musiqi leyblının iki proqressiv artisti Saybu Swag və OD-nin "Van Allen" EP albomu artıq onlaydır.

Milli.Az olay-a istinadən xəbər verir ki, 4 trekdən ibarət albomun musiqi müəllifi "MW"-dur. Sözügedən treklər "Spotify" və digər musiqi platformalarda yayımlanıb.

"Van Allen" planetimizə gələn zərərli şüalara qarşı filter funksiyası yerinə yetirən, yerin maqnit sahəsindən qaynaqlanan qurşaqlara deyilir. Sənətçilər bu albomun musiqimizi bayağılıqdan, bəsitlikdən və ona zərər gətirən digər amillərdən qoruyan bir təbəqə olacağına ümid edirlər.

Həmçinin, artistlər bir ilkə imza atıblar. Onlar 4 treki bir klipdə cəmləşdiriblər. Nəticədə 13 dəqiqəlik maraqlı və fərqli iş ərsəyə gətiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.