Şou-biznes

“Azərbaycanlı aktrisa türk aktyorları boğaza yığıb”

1 Aprel 2022 10:00
1 Şərh     Baxış: 2 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyədə bir film çəkilir. Bizim aktyorlar da rol alır. Onlardan bir aktrisa türk aktyorları harada görsə, selfi, "story" çəkir".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda aktyor Cavidan Novruz qeyd edib. 

O ad çəkmədən bir həmkarına söz atıb. Cavidan bildirib ki, həmin aktrisa hər gün çəkiliş meydançasından paylaşım edir:

"İnanın, o qədər görməmiş kimi görünür ki... Hiss edirəm ki, o aktyorları da boğaza yığıb. Bizim uşaqlarla da çəkdir də. Onlarla niyə etmirsən?".

Qeyd edək ki, hazırda Türkiyədə azərbaycanlı aktyorların da rol aldığı "Yanlış anlama" filminin davamı çəkilir. Ekran işində məşhur aktyor Cemal Hünal da rol alır. Həmçinin, Azərbaycandan aktrisa Gülşən Hüseynli də komandadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.