Şou-biznes

"Ana olandan sonra özümü çılğın görə bilmirəm" - Elnarə

31 Mart 2022 17:36
0 Şərh     Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zövq müzakirə olunmur. Məntiqsiz hesab edirəm kimisə zövqsüzlükdə ittiham edəndə... Cahil, məntiqsizlikdir... Bu sözdə məntiq tapa bilmirəm. "Zövqsüz" deyə bir anlayış yoxdur. Məlumatsızlıq, dünyadan xəbəri olmayan və ya mənim zövqümə uyğun olmayan biri olar. Hamı hamının xoşuna gəlmək məcburiyyətində deyil". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "10-da görüşək" proqramında deyib. Sənətçi ona "zövqsüz" deyənlərə cavab verib.

Elnarə "Əvvəlki Elnarə Xəlilova yoxdur" deyənlərə də münasibət bildirib:

"Ana olandan sonra özümü şıltaq, çılğın, səhnədə rəqs edən kimi görə bilmirəm. İndi də səhnədə rəqs edə bilərəm, o potensial məndə var. Amma özümə kompleks edirəm, bunu etiraf edirəm. Bəzən bədən ölçülərim xoşuma gəlmir. Deyirəm, Elnarə, sən artıq o ölçüdə deyilsən, özünə gəl. Artıq hərəkət edəndə kənardan özümün xoşuma gəlmirəm. Qətiyyən qadağa yoxdur. Vay o günə mən kənardan görəndə özümə gülüm. Özümə tənqidi yanaşıram. İnciməyin məndən tamaşaçılar, hər yaş təbəqəsinin zövqünə uyğun ifa edirəm. Rok da, pop da, xalq mahnısı da, caz da ifa edirəm. Bir meyxana qalıb. Bir də gördüz onu da dedim. Yaradıcılıqdır, incəsənətdir, bu potensial məndə var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.