Şou-biznes

Qalmaqallı “Oskar”ın reytinqi nə qədər oldu?

31 Mart 2022 10:42
0 Şərh     Baxış: 590
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Oskar" Mükafatlandırma Mərasiminin reytinqləri ötən illə müqayisədə artsa da, əvvəlki uğuruna çata bilməyib.

Milli.Az olay-a istinadən xəbər verir ki, budəfəki tədbirdə 3 il sonra aparıcı ilə keçirilməsi, 8 nominasiyanın canlı yayımdan çıxarılması, izləyicilərin səsinin alınması kimi bir sıra qərarlar qəbul edilib.

Bütün bunlar son illər düşən reytinqin artırılması məqsədilə həyata keçirilib. Xarici mətbuatda yer alan xəbərlərə görə, tədbir həm tamaşaçılar həm də kino sektorundan olan simalar tərəfindən tənqid edilib.

Qalmaqallara və qərarlara baxmayaraq builki tədbir ən az reytinq alan ikinci mərasim kimi "Oskar" tarixinə yazılıb. Mərasim 15 milyon tərəfindən izlənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.