Şou-biznes

"Dadaşovlar məktəbdir, tarix yazıb" - Səidə Dadaşova - FOTO

22 Mart 2022 12:24
5 Şərh     Baxış: 2 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Səidə Dadaşova xalası, Xalq artisti Brilliant Dadaşova ilə aralarında olan inciklikdən danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında olarkən bəhs edib. O, atası, Xalq artisti Rafael Dadaşovun ölüm ildönümündə qohumları ilə bir araya gəlmədiklərini deyib:

"Çoxdandır bir araya gəlmirik. Əzizə bibim, Rövşən əmim, qardaşım, həyat yoldaşı gəlmişdi. Artıq bu əhatədir. Atam olanda hər kəs başına yığışırdı. Hər şey ayrı düşüb".

Verilişdə yer alan müğənni Adil Karacanın "Brilliant Dadaşova ilə danışmırsınız?" sözlərinə Səidə belə cavab verib:

"Dadaşovlar məktəbdir, bu danılmazdır. Onlar iz qoyub, tarix yazıb. Mahnılarda müraciət edirəm. Amma hər kəs öz çevrəsinə qapanıb. Ailəmlə, oğlumla məşğulam. Hər kəsin yanına özüm getməkdən, ilk addım atmaqdan yoruldum. Beynim yoruldu, söndü. O zamanımı övladıma ayırıram. Hər zaman axtaran, sayan, hörmət saxlayan mən olmuşam. Allah mənə nə qədər ömür veribsə, onu artıq övladıma həsr edəcəm".

Qeyd edək ki, S.Dadaşova Rafael Dadaşovun qızıdır. İfaçının anası isə Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət Dadaşovadır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.