Şou-biznes

"Namaz qıldığımı deməyə çəkinirdim" - "Aşk 101"in aktrisası

20 Mart 2022 13:54
1 Şərh     Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Tuba Ünsal namaz qıldığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa müsahibəsi zamanı ailəsinin də dindar olduğunu bildirib:

"Ailəm dindar idi, nənəm qara çarşab geyinirdi. Onun sayəsində namaz qılmağı və dua oxumağı öyrənmişdim. Sonra isə meditasiya ilə məşğul oldum. Duanın möcüzələrini gördüm. Namaza başladım, yoqadakı balasana ilə səcdə etmək eyni təsirdədir. Əvvəllər namaz qıldığımı deməyə çəkinirdim, çünki tənqid edirdilər. Namaz qılan başını bağlamalıdır, içki olan yerdə olmamalıdır kimi təzyiqlər olurdu".

Qeyd edək ki, Tuba sonuncu dəfə "Aşk 101" serialında çəkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.