Şou-biznes

Rusiyalı müğənni mövqeyini belə açıqladı - VİDEO

18 Mart 2022 19:12
0 Şərh     Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı müğənni Zemfira "Не стреляйте" ("Atəş açmayın") adlı yeni klipini təqdim edərək Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara mövqeyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı instaqram hesabında olan bütün paylaşımlarını silərək yalnız "Müharibəyə yox" şüarı və sözügedən yeni klipini paylaşıb. Videoda Ukraynada dağıdılan evlər, binalar, qaçqın düşən ukraynalılar, hərbi əməliyyatların törətdiyi facilərin görüntüləri və Rusiyada müharibəyə etiraz etdiyi üçün polis tərəfindən saxlanılan rusiyalılar əks olunub. Bununla da Zemfira müharibəyə qarşı olduğunu dilə gətirib.

Bundan başqa müğənninin Rusiyanı tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Lakin hələlik Zemfira bu məlumatı təsdiqləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.