Şou-biznes

“Bakı bizi sevindirmədi, ürəyimizi açmadı” - Nurlana getdi

16 Mart 2022 18:00
6 Şərh     Baxış: 2 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Növbəti dəfə əlvida, Bakı. 3 həftəlik gəlişimiz 3 aydan çox çəkdi".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri ailə həyatı qurub İzmirə köçən aparıcı Nurlana Cəfərova sosial media hesabında yazıb. Bir neçə müddət öncə Bakıya gələn sənətçi havalimanından həyat yoldaşı və oğlu ilə fotosunu paylaşıb. Hər iki ailə üzvünün üzünü gizlədən Nurlana paytaxtdan gileylənib:

"Bakı bu dəfə bizi sevindirmədi, ürəyimizi açmadı. Olsun, həyat və onun içindəkilər hər gün gözəl olmur. Əsas ailənin sevgisi və işığıdır. Oğlumuza dedik ki, şanlı bayrağımızın gücü, tarixi və vətən eşqi hər zaman qəlbimizdədir, səndə də olsun, olar inşallah!".

Qeyd edək ki, sənətçi ötən günlərdə paylaşımlarından birinə ona "Bakıdasan?" yazan izləyicisinə "Gedəcəm çox az qaldı, elə gedəcəm ki, buralardan" şərhini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.