Şou-biznes

"Baba"nın çəkiliş meydançasında qalmaqal yaşandı

16 Mart 2022 06:22
0 Şərh     Baxış: 2 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Show TV"də yayımlanan "Baba" serialının çəkiliş meydançasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iddiaya görə, ekran işinin pərdəarxasında yer alan komanda qar fırtınası altında 16 saat işləməli olub. Bununla bağlı Kino İşçiləri Həmkarlar İttifaqına edilən şikayətlərin ardından prodüser şirkəti barəsində qanuni tədbir görülməsi üçün Sosial Müdafiə Təşkilatına müraciət edilib. Mövzu ilə bağlı qurumdan yayımlanan bəyanatda deyilir:

"Ay Yapım" tərəfindən istehsal olunan layihədə 4857 saylı əmək qanununa zidd olaraq 16 saata qədər işin davam etdiyi müəyyən olunub. İş vaxtının tənzimləməsinə görə, çalışma zamanı gündə 11 saatdan çox ola bilməz. Əlavə iş saatları da daxil olmaqla bu müddətdən artıq çalışmaq cinayət məsuliyyəti yaratdığı kimi inzibati cərimə də tətbiq oluna bilər. İşəgötürənə iş vaxtının artıq bitdiyi deyilsə də çəkimlərə davam edilib. Bu səbəbdən lazımi hüquqi müraciətlər ediləcəkdir".

Qeyd edək ki, ekran işində baş rolları aktyorlar Haluk Bilginer və Tolqa Sarıtaş canlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.