Şou-biznes

Səyyad Əlizadənin oğlu Atabəy: “Atamın rəhmətə getdiyini “Instagram”dan öyrəndim” - VİDEO

14 Mart 2022 18:24
2 Şərh     Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Səyyad Əlizadəyə həsr olunub.

Milli.Az xəbər verir ki, mərhum sənətçi Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atasının ölümündən danışdı:

"Çox heyif ki, bu dünyanı tez tərk etdi. Onunla ənənəmiz var idi, hər il bir dəfə zooparka gedirdik və şəkil çəkdiridik. Bu 6 il davam etdi. Təhsilimnən çox maraqlanırdı. Deyirdi ki, yaxşı təhsil al, gələcəkdə bizə və ailənə yaxşı dəstək ola biləsən. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəm. Aqustun 23-24-ü kəndimizə getdik. Nənəmgilin dəfn olduğu qəbirstanlıq var. Nə zaman qəbiristanlığa getsək oranı özü təmizləyirdi və mənə də kömək üçün icazə verirdi. Bu dəfə icazə vermədi, tək özü etdi. Özünün dəfn olunduğu yeri özü təmizlədi. Atam ağır halda xəstəxanaya aparıldı amma sağalacağına inanırdım.  Gecə 10-na qalırdı, "Intagramı" açdım, birinci atamın şəkli gəldi və "Allah rəhmət etsin, çox heyif" yazılmışdı. Onda bütün dünya başıma uçdu. Sonra evdəkilərdən zəng gəldi ki, atanın vəziyyəti ağırdır, gəl bura. Onda anladım ki, atam vəfat etdi. Bu gün olacaqdı, amma belə tez olacağını bilmirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.