Şou-biznes

“Canını itirən uşaqları görməyən korlar nə qədər ödəniş alıb?”

11 Mart 2022 16:12
2 Şərh     Baxış: 1 406
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Canını itirən uşaqları görməyən korlar nə qədər ödəniş alıb?"

"Sən fərqli fikirdə ola bilərsən, hadisələri başqa cür dərk edə bilərsən, amma bunun təbliğatını dayanmadan aparmağın bir adı var - Satılmışlıq!".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri sosial media hesabında keçmiş aparıcı Günel Hümbətova yazıb.

O, Rusiya və Ukrayna müharibəsində Rusiyaya dəstək verənləri tənqid edib:

"Deyirəm, bugünkü hadisələr də bəzi "facebook" tanışlarımızı bizə fərqli rakursdan tanıtdı. Yaltaqlar, yalançılar, empatiya hissindən məhrumlar, "fake" məlumatlar paylaşanlar, " bizə hücum etsə pisdi, başqasına hücum edib yaxşı edib" fikrində olanlar, müharibəyə haqq qazandıranlar və öz burnunun ucundan o tərəfi görməyənlər, atılan bombalardan canını itirən uşaqları, hamilələri görməyən korlar.... Görəsən, bunların qarşılığında nə qədər ödəniş alıblar?!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.