Şou-biznes

Məşhur aktyor özünə hücum etdiyi üçün həbs edildi

11 Mart 2022 13:48
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İmperiya" ("Empire") serialının aktyoru Cussi Smollett özünə hücum etdiyinə görə həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə amerikalı aktyorun özünə qarşı səhnələşdirilmiş hücumu təşkil etdiyi qənaətinə gələrək barəsində həbs qərarı qəbul edib.

Cussiyə 150 gün müddətinə həbs olunmaqla yanaşı 30 ay sınaq müddəti verilib. Bundan əlavə, o, 145 min dollar məbləğində təzminat ödəməli olacaq. 

Qeyd edək ki, aktyor 2019-cu ilin yanvarında qabırğası sındığı üçün xəstəxanaya aparılıb. Onun sözlərinə görə, Çikaqo şəhərinin mərkəzində ona irqçi və homofob xarakterli söyüşlər səsləndirərək iki nəfər hücum edib. Daha sonra Cussiyə qarşı polisə yalan ifadə verməsi ilə bağlı ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.