Şou-biznes

Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət verilib

9 Mart 2022 23:27
2 Şərh     Baxış: 2 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.

Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Müğənni ötən həftə məhkəmədə ifadə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.