Şou-biznes

"Bir çox dostum ailəsi ilə birlikdə Rusiyadan getmək üçün imkan gözləyir" - Azərbaycanlı aparıcı

5 Mart 2022 16:00
0 Şərh     Baxış: 1 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Jurnalist, aparıcı Nailə Əsgərzadə sosial şəbəkədə Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bir çox dostunun ailəsi ilə birlikdə çemodanlarını hazırlayıb Rusiyadan getmək üçün imkan gözlədiklərini bildirib.

"Bir dostum fevralın 23-dən ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə getdi və oradan qayıtmayacağını dedi. Kimi Gürcüstana, kimi də Qazaxıstana uçub. Hər ehtimala qarşı getdilər" deyə, Nailə vurğulayıb.

Aparıcı hazırda bir çoxlarının saxta məlumatlar yaydığını və insanların qorxduğunu deyib:

"Kimi deyir nüvə, kimi də yazır üçüncü dünya müharibəsidir. Öz düzgün fikirlərini izah edən azdır. Ancaq mən belə düşünürəm ki, indi ruslar üçün ən təhlükəsiz yer elə Rusiyadır. Çemodan yığmıram. Harasa gedəsi olsam, ancaq ölkəiçi olacaq. Məktəblərdə tətildir. İndi bunu çox az adam xatırlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.