Şou-biznes

Dünyaca məşhur müğənnini məhkəməyə verdilər

4 Mart 2022 14:04
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur müğənni Dua Lipa plagiat etməkdə ittiham olunur. 

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçını "Artikal Sound System" musiqi qrupu məhkəməyə verib. 

Onlar iddia edib ki, Duanın "Levitating" mahnısı qrupun 2017-ci ildə təqdim etdiyi "Live your life"a çox bənzəyir.

Los-Anceles məhkəməsinə müraciət edən qrup bu mahnının original olmadığını, müğənninin plagiat etdiyini bildirib.

Bununla yanaşı, onlar ifaçının şirkəti "Warner Record"u da ittiham edib. 

Həmçinin, qrup üzvləri Lipanın sözügedən mahnısından gəlir də tələb ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.