Şou-biznes

Nadir Putinlə şəklinə görə tənqid edildi - FOTO

28 Fevral 2022 18:24
5 Şərh     Baxış: 3 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımına görə tənqid edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun Rusiyanın prezidenti Vladimir Putinlə şəklini kollaj edib yayımlaması olub. 

Nadirin yazdığı "Biz nəsə deməklə hər şey düzəlsəydi, çox söz deyərdik. Arada günahsız insanlar əziyyət çəkir" sözlərə insanlar etiraz bildirib. Onlar "Bu nə yanaşmadır, orada günahsız insanlar ölür" kimi şərhlər yazıblar. Nadir isə ona rəy yazan izləyicilərinin bəzilərinə cavab verərək, qeyri-etik ifadələr işlədib. 

Qafarzadə bu gün daha bir video yayımlayıb. Görüntüdə rusiyalı bir kişinin SSR-nin yenidən qurulmasını dəstəklədiyi əks olunub. Müğənni bu paylaşımını yazılan şərhlərə görə qısa vaxtdan sonra silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.