Şou-biznes

Britni Spirs menecerlərini onu öldürmək cəhdində ittiham edir

25 Fevral 2022 20:06
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı pop müğənni Britni Spirs "Tri-Star Sports & Entertainment Group" biznes konsaltinq firmasının rəhbəri Lu Teylor və onun keçmiş meneceri Robin Qrinhilli qətlə cəhddə ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında sonradan sildiyi yeni paylaşımında məlumat verib.

Spirsin dediyinə görə, hər iki qadının atası Ceymi Spirslə əlbir olub. "Düşünürəm ki, onlar məni öldürməyə çalışıblar... Bu günə qədər də inanıram: məhz belə etməyə çalışıblar... amma mənə heç nə olmayıb, ölməmişəm! Onların mənə etdiklərinə başqa heç kim sağ qalmazdı! Mən bunların hamısını yaşadım və hamısını xatırlayıram!" - 40 yaşlı məşhur yazıb.

Spirs öz yazısında menecerləri məhkəməyə verəcəyinə söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.