Şou-biznes

Azərbaycanlı aktyor 2022-ci ilin ən arzuolunan bəyləri arasında - FOTOlar

23 Fevral 2022 20:24
0 Şərh     Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya jurnalı "Tatler"in Rusiya versiyası rəsmi saytında 2022-ci ilin ən arzuolunan bəy və gəlinlərin reytinqini təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri 27 yaşlı azərbaycanlı aktyor Anar Xəlilovdur.

"Eyni anda "Maneskin"in solistinə və Timoti Şalameyə bənzəyən "Eterna" serialının ulduzu cəlbediciliyi haqda çox yaxşı bilir. O onun arzusunda olanlardan imtina edir, deyir ki, ona münasibətlər yox, böyük ulduz olmaq lazımdır. Və bir də Anarın yerinə "ЦИАН"da (daşınmaz əmlak satışı saytı-red.) ona ev axtaracaq və banka gedəcək menecer lazımdır", - "Tatler" Anar Xəlilov haqda yazıb.

Qeyd edək ki, A. Xəlilov "Mənimlə rəqs et", "İçərişəhər", "Başqa mən", "Gənclik səhvləri", "Yuroçka" və s. filmlərdə rol alıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.