Şou-biznes

Ozan azərbaycanlı ilə dava etdi

17 Fevral 2022 18:48
0 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eşkiya dünyaya hükümdar olmaz" serialının ulduzu Ozan Akbaba və azərbaycanlı sosial şəbəkə istifadəçisi arasında qalmaqal yaşanıb.  

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb izləyicinin aktyor Elşən Orucovun Ozanla bağlı paylaşımına şərh yazması olub. Belə ki, abunəçi aktyora "Bir çox azərbaycanlıların sevimlisidir. Amma nədənsə Azərbaycanda olduğunu demir və bu haqda danışmır",- rəyini yazıb.   

Ozan sözügedən şərhdən narahat olaraq sözügedən şəxsə cavab verib. 

"Niyə sosial media hesabından Azərbaycana aid heç nə paylaşmır deyən, söyən sənin kimi çox insan var. Azərbaycana aid heç nə mənim üçün göstəriş üçün deyil və ona görə paylaşım etmirəm. Gəlirəm, dostlarımı görürəm, gedirəm. Sənin və sənin kimilər üçün də problem yoxdursa, öz sosial media hesablarımdan paylaşımlarıma davam etməyimə icazə verirsən?! 

Səndən icazə ala bilsəm, xoşbəxtəm. Bir də on sual işarəsi qoymusan. Demək ki, mənim bilmədiyim, amma sənin bildiyin bir şey var. Sən mənim yerimə cavabla, səncə niyə paylaşım etmirəm?!",- deyə serial ulduzu bildirib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.