Şou-biznes

Vəzifəli şəxsin maşın aldığı Kəmalə: "Dedi, saf insana dəstək olum, yolunu azmasın" - VİDEO

17 Fevral 2022 20:18
4 Şərh     Baxış: 2 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzən elə düşünürlər ki, sən sənətçisənsə, çox üzr istəyirəm, düz yolda deyilsən. O insan da hamı kimi düşünürdü. Lakin məni tanıdıqdan, bir insan kimi qiymətləndirdikdən və dost olduqdan sonra dedi ki, niyə bu sənətdə hamı yolunu azmalıdır. Qoy saf bir insana da mən dəstək olum o, yolunu azmasın. Nəyəsə ehtiyacı olmasın".

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva deyib. "Space" telekanalında yayımlanan "Qadın çağı" proqramına qonaq olan ifaçı məmurlardan biri ilə bağlı verdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirib.  Kəmalə sənətdə ona maddi dəstək olan vəzifəli şəxsin bunu heç bir qarşılıq gözləmədən, saf niyyətlə etdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.