Şou-biznes

Manaf Ağayevin Füzulidəki bu görüntüləri müzakirə yaratdı - VİDEO - FOTO

17 Fevral 2022 15:36
8 Şərh     Baxış: 10 943
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Manaf Ağayev Füzuli şəhərinə yollanıb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yaxın dostları ilə birlikdə doğulub boya-başa çatdığı Füzulini uzun illərdən sonra ilk dəfə ziyarət edib. Ağayev həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Manaf videoya bu sözləri də əlavə edib:

"Doğma Füzulimdə... Allah bütün qarabağlılara Qarabağımızın hər guşəsini görməyi nəsib etsin".

İfaçı qara rəngli lüks avtomobili ilə diqqət çəkib. Ağayevin bahalı "Maybach" markalı maşını istifadəçilərin müzakirələrinə səbəb olub. Daha sonra sənətçi sosial şəbəkə hesabında paylaşdığı görüntülərini silib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.