Şou-biznes

Biberin təşkil etdiyi partidə atışma baş verib, xəsarət alanlar var

13 Fevral 2022 11:14
0 Şərh     Baxış: 1 028
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur kanadalı ifaçı Castin Biberin təşkil etdiyi şənlik məclisində atışma baş verib, dörd nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şənlik məclisi Hollivuddakı "The Nice Guy" klubunda keçirilib.

Partidə Leonardo DiKaprio, Tobi Maquayr, Kendal Cenner kimi aktyorlar da dəvət edilib.

Gecə saatlarında şənliyin keçirildiyi binanın qarşısında atışma başlayıb.

Dörd zərərçəkən xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, atəş açan şəxs hələ də tapılmayıb.

İnsident nəticəsində tanınmışlar arasında xəsarət alanların olmadığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.