Əməkdar artist Gülbahar Şükürlünün əməliyyat olunduğu xəbəri yayılıb.
Milli.Az xəbər verir ki, qarmon ifaçısı axşam.az-a açıqlamasında deyib ki, əməliyyata hazırlaşsa da, hələ bıçaq altına uzanmayıb:
"Elgiz Əkbər proqramında deyib ki, əməliyyat olunmuşam. Əslində gözümdə uşaqlıqdan görmə zəifliyi var. Onu aradan qaldırmaq üçün əməliyyat olunacam. Amma ağır bir proses sayılmır. Hələ edilməyib. Yaxın günlərdə olacaq".
Milli.Az