Gülbahar Şükürlü əməliyyat olunub?

12 Fevral 2022 14:12

Əməkdar artist Gülbahar Şükürlünün əməliyyat olunduğu xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, qarmon ifaçısı axşam.az-a açıqlamasında deyib ki, əməliyyata hazırlaşsa da, hələ bıçaq altına uzanmayıb:

"Elgiz Əkbər proqramında deyib ki, əməliyyat olunmuşam. Əslində gözümdə uşaqlıqdan görmə zəifliyi var. Onu aradan qaldırmaq üçün əməliyyat olunacam. Amma ağır bir proses sayılmır. Hələ edilməyib. Yaxın günlərdə olacaq".

Milli.Az