Həkimlər səhv müalicə etdi, uşaqlarını Türkiyəyə apardılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış aktyor Taleh Yüzbəyov və bloger həyat yoldaşı Xatirə Yüzbəyova uşaqları üçün Türkiyəyə yollanıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün övladları Zeyd və Banuya Bakıda yanlış müalicənin aparılması olub.
Bu barədə X.Yüzbəyova sosial media hesabında paylaşım edib:
"Zeyd və Banuda, ən çox Zeyddə olan problemi 1 yaş 6 ayında hiss etdim. Təbii ki, ilk nevroloqa göstərdik. Cavab o oldu ki, nəsə demək üçün çox tezdir. Uşaqları dövlət bağçasına qoyduq, çünki bağça sosiallaşmağa kömək edər dedilər, amma qoymaz olaydıq. Ən böyük peşmanlığım bu oldu. Uşaqlarımıza individual yanaşma lazım idi, bağçalarda isə vəziyyət necədir bilirsiz...
Sonra bağçaya gedə-gedə, bərpa mərkəzinə də getməyə başladıq və beləliklə, hekayəmizin çətin dönəmləri başladı. Daha sonra yenə həkimə getdik beyin EEG-si (Elektroensefaloqrafiya - red.) olundu, cavab: Beyində mərkəzlər (eşitmə mərkəzi, nitq mərkəzi və s.) arasında bağlantı yoxdur. Yenə müalicələr, yenə mərkəzlər...
Bakıda olan son EEG nəticəsi : Beyində epilepsiyaya meyillik var, beyinin sağ tərəfi travmatikdir, travmalarla doludur. Yazılan dərmanlar uşaqları gic kimi etmişdi, dərhal dayandırdım. Bütün EEG yoxlanışları oyaq vəziyyətdə olub, halbuki yatılı şəkildə olmalıdır. Qətiyyən uşaqları süni şəkildə (narkoz və ya başqa cür) yatırtmaq olmaz. EEG uşaqlar yuxuda olarkən çəkilməlidir.
Və gəlirəm Türkiyədəki yoxlanışlara:
EEG nəticəsi: Zeydin beynində epilepsiya ocaqları var. Bizə bunu deməyiblər, bilməmişik. Şokda idik, necə ola bilər? Bu uşaq heç vaxt sudurğa keçirməyib! Həkim bizə bunu deyəndə dəli olmuşdum. Yəni, istəyirəm biləsiz ki, sudurğa zamanı beyindəki siqnallarda köpüklük olur. Bayağı dildə desək, sinirlər zədələnir, o da nitq və zehnin inkişafının ləngiməsinə gətirir.
Hazırda hər şeyi Türkiyədəki həkimin dediyi kimi edəcəyik, nəticələri də sizinlə bölüşəcəm. Dərman müalicəsi ilə yox, təlimlərlə davam edəcəyik. 6 aydan sonra yenidən yoxlanışa gedəcəyik. Belə...
Hər şey əla olacaq. Ümidinizi heç vaxt itirməyin!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA





