Şou-biznes

Ece Erkenin əri öldürüldü - VİDEO - FOTO

27 Yanvar 2022 08:54
0 Şərh     Baxış: 2 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur aktrisası Ece Erkenin əri vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə zamanı vəkilin sürücüsü də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.