Şou-biznes

"Özünüzü Aygünə oxşatmaq istəyirsiniz" - Xatirənin FOTOlarına sərt reaksiya

22 Yanvar 2022 14:24
1 Şərh     Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatirə İslam yeni fotosessiyası ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı transparan geyimdə və qara şlyapada obyektiv qarşısına keçib. Sosial şəbəkə istifadəçiləri isə Xatirəni tənqid atəşinə tutublar.

X.İslamın bir müddət əvvəl bənzər tərzdə fotosessiya etdirən Xalq artisti Aygün Kazımovanı təkrarladığı yazılıb. İfaçının sosial şəbəkədə yayılan şəklinə "Aygün Kazımova kimi etmək istəmisiniz, amma alınmayıb", "İlk baxanda elə bildim Aygün Kazımovadır", "Aygün Kazımova edib axı bunu" kimi şərhlər yazılıb.

Qeyd edək ki, bir çoxları da Xatirənin şəkli plastik əməliyyat etdirdikdən sonra çəkdirdiyini vurğulayıb. Müğənni fotosessiyasını əməliyyatdan əvvəl etdirib. Belə ki, Xatirə bədənşəkilləndirmə əməliyyatını 10 gün əvvəl etdirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.