Şou-biznes

Faiq Ağayev onlar haqqında danışmaq istəmədi

15 Yanvar 2022 14:00
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayevin həmkarları Brilliant Dadaşova və Tünzalə Ağayeva haqda yazılan bir rəyi bəyənməsi iddia olunub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yazılan "İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır" şərhi ürəyincə olub və ona bəyəni qoyub.

F.Ağayevin illərdir küsülü olduğu ifaçılara bu addımı atması isə müzakirəsiz ötüşməyib.

Axşam.az məsələ ilə bağlı Faiq Ağayevə sual ünvanlayıb. O, isə bununla bağlı danışmaq istəmədiyini söyləyib:

"Keçək bu məsələnin üstündən".

Qeyd edək ki, B.Dadaşova və T.Ağayeva "Səs Azərbaycan" yarışmasında münsif kürsüsündə oturub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.