Beren Saat ən uğursuz layihəsini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaca məşhur türkiyəli aktrisa Beren Saat "Orada rahatmısın?" layihəsində "Muhteşem Yüzyıl: Kösem" serialındakı obrazından söz açıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, layihədən hansı səbəbdən getməsini açıqlayıb:
"Aktyorluq idmançı olmaq kimidir. Mental və fiziki olaraq onlar kimi olmaq lazımdır. Mənim TV-də son dəfə yer aldığım layihə "Muhteşem Yüzyıl: Kösem"dir. Ümumi nəzər yetirəndə ən uğursuz layihəmdir.
Təbii ki, bütün qəbahət məndə deyildi. Yenə də oynadığım üçün çox xoşbəxtəm, o da mənim üçün inanılmaz bir kəşf dövrü idi. Ancaq düşünürəm ki, mənim üçün "artıq yetər" deməyim üçün elə bir layihə lazım imiş. Çünki əsas müəllimlərimiz uğursuzluqlarımızdır. Uğurlu bir layihədə hamı səni çox alqışlayır, "istedadlı" deyirlər, "ulduz" deyirlər. Bu, çox önəmlidir. Yaxşı ki, "Kösem" əksinə oldu...
Timur Savcı ( TimS prodakşnın rəhbəri - red.) dedi ki, özünü yaxşı hiss etmirsənsə, serialdan ayrıla bilərsən. Ordan sonra qərar verdim ki, mən bir də belə yuxusuz, yorğun olmalı deyiləm. O serialda ağlamağın 500 çaları var idi. Ən son Kösəm oğlunun cənazəsinin başında idi. Necə oynayacağımı bilmədim.
"Youtube"da şəhid analarının ağlama videolarını axtardım. Kösemin üzünü cırdığı səhnəni də oradan kopyaladım. Çəkilişlərdə bir nöqtədən sonra çox depressiv və yuxusuz olduğumu gördüm. Dedim ki, mənim buradakı missiyam bitdi. Oradan sonra da sənət fəaliyyətimdə bütün axın dəyişdi".
Qeyd edək ki, "Muhteşem Yüzyıl: Kösem" 2015-2017-ci illərdə yayımlanıb. Beren Saat serialın 1-ci sezonun 23 bölümündə yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





