Şou-biznes

"Mümkün olsaydı hər həftə doğardım"

6 Yanvar 2022 17:54
0 Şərh     Baxış: 1 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailli model və aktrisa Qal Qadotın"Instyle" jurnalına verdiyi müsahibədə ana olmaqla bağlı işlətdiyi ifadələr təəccüblə qarşılanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa imkanı olsaydı, tez-tez uşaq dünyaya gətirmək istəyərdi deyə bildirib:

"Mümkün olsaydı hər həftə uşaq dünyaya gətirərdim. Bu, çox sehrli bir şeydir. Həyat yaratdığını hiss etdiyin an inanılmazdır. Düzünü desəm, hamiləlik müddəti mənim üçün ağır keçir. Özümü xəstə hiss edirəm və miqrenim var. Ağır keçən çəkilişdən sonra evə qayıdıb analıq vəzifəmi yerinə yetirməyi sevirəm. Bu etdiyim ən çətin işdir: karyeram və ailəmlə eyni vaxtda maraqlanmaq".

Qız anası olan aktrisa onların həyatını mediyadan gizli saxlamağa, saf, təhlükəsiz şəkildə onları böyütməyə çalışdığını da əlavə edib.

Qeyd edək ki, Qalın 10 yaşlı Alma, 4 yaşlı Maya və 8 aylıq Daniella adlı üç qızı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.