Şou-biznes

Manafın bahalı maşınları gündəm oldu

5 Yanvar 2022 13:42
1 Şərh     Baxış: 1 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son vaxtlar kövrəlmişəm, yorulmuşam. İnsanlar o qədər etibarsız, haqsızdır ki... Kövrəlirəm, ağlayıram. Deyirəm, biz belə deyildik".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Günün sədası" proqramında deyib. Sənətçi ünvanına deyilən tənqidlərdən danışıb. O bildirib ki, insanların ona qarşı aqresiv münasibətinə kövrəlir:

"Düşünürlər ki, bu gün kimin torbasın tikək. Kaş rayondakı evim yerində olardı, özümə uyğun qonşum olardı. Çağırardm ki, gəl oturaq dərtləşəq, bu insanları düşünməyək. Bezmişəm, kimsə zəng edəndə əllərim buz kimi olur ki, görəsən nə problemdir. Heyif... O qədər problemə görə zəng edirlər...".

Aparıcı Nanə Ağamalıyeva isə Manafa "Çox bahalı maşınlar sürürsüz, onun həyəcanını neçə gün yaşayırsız? Sizin kimi bahalı maşın sürən az müğənni var" sözlərini söyləyib.

"İnsanlar elə edir ki, guya, onlar işləyir mən yeyirəm. Nə etmişəm sizə" deyə, müğənni cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.