Şou-biznes

Həyat yoldaşının uşaq olduğunu deyib aktrisanı tənqid etdi

30 Dekabr 2021 19:00
1 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çocuklar duymasın" serialının baş rol ifaçısı Pınar Altuğ Atacan sosial media hesabında ailəsi ilə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, izləyicilərdən biri aktrisanın həyat yoldaşına görə çox yaşlı olduğunu, sanki uşaqla ailə qurduğunu bildirib.

Pınarın ünvanına gələn tənqidə cavabı gecikməyib.

O, "Siz mənə daha uyğun birini tapın, boşanıb onunla evlənim. Həqiqətən axmaqsınız" deyə, cavab verib. Aktrisa daha sonra şəklə yazılan mənfi rəyləri silib. Digər izləyicilər isə Pınara dəstək çıxaraq ona xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, Pınar özündən 9 yaş kiçik Yağmur Atacanla 14 il əvvəl ailə qurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.