Şou-biznes

Elza cüdoçu sevgilisindən danışdı - Gördüm yenə düşüb həbsxanaya

28 Dekabr 2021 14:48
0 Şərh     Baxış: 2 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan cüdoçu sevgilisi Cavid Ağaverdiyevlə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, cüdoçu onun sinif yoldaşı olub:

"Bütün sinif mənə həsəd aparırdı ki, onunla eyni partada otururam. Fəal şagird idi və zəngin ailənin oğluydu. Ondan küsülü ayrıldıq. Məkətəbdə oxuyanda partanın altından çantaya taxılan qayış tapdım. Taxdım çantama, qayıtdı ki, mənə ver. Dedim ki, verim, bir həftə səndə, bir həftə məndə. Razılaşmadı. Küsdü məndən. Dərs danışmağa çıxdı, düsturu yazmaq üçün gözümün içinə baxırdı. Ona yardım etdim, dərsi danışdı. Sonra çıxdım dərs danışdım, qayıdanda gördüm kağıza yazıb qoyub "yaltaq". Küsdüm ondan. Sonra əsgər getdi. Mən isə ailə qurdum, bacısı ona demişdi, Elza ərə gedib. Cavab verib ki, nə etibarsız oldu. Mənə elçi gəlsəydilər, uça-uça gedərdim. Elə bir ailənin gəlini olmaq itəyərdim. Həyat onu elə sınağa çəkdi ki... Ona hücumlar oldu. Pis vərdişlər gəncləri azdırır. Həbsxanada yatmışdı. Bacım dedi ki, Cavid həbsxanadan çıxıb, gedək ona baş çəkək. Getdik, oturdum söhbət etdim. Sonra bir dəfə həbsxanada konsertə getmişdim. Gördüm yenə düşüb həbsxanaya".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.