Şou-biznes

Rəqsanə İsmayılova: "Yekəxanalığı sevmirəm, evimdə 5 xanım çalışır" - VİDEO

27 Dekabr 2021 19:42
6 Şərh     Baxış: 2 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ifaçı evində iş görərkən çəkilən görüntülərini yayımlayıb. Böyük və geniş malikanəsi olan Rəqsanə evində 5 işçisi olduğunu bildirib:

"Evimdə 5 xanım çalışır. Amma mən özüm niyə ev işləri görməyim? Yekəxanalığı sevmirəm. Ailəm, balalarım mənim üçün hər şeydi. Özüm yemək hazırlayanda onlar doyunca yeyir. Mənim də ürəyim sakit olur. Pul, yaşayış, hər şey yaxşı olanda qadın olmağımızı niyə unudaq ki? Nə olsun ki, evdə köməkçilər var?

Yatmasam da, yorğun olsam da, bizim yeməklərimiz bu günə hazırdı. Allah heç bir ata, ananı övlad yanında utandırmasın. Ruziniz bol olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.